MÜSAHİBƏ

23 Mart

Fransadan Azərbaycana investisiyalar 121,91 mln. dollara çatıb

Finss.az - Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa xarici investisiyalar 121,91 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə Fransadan gələn investisiyalar 25,11 dəfə artaraq 117,056 milyon dollar yüksəlib. Bu artımın nəticəsində, Fransanın Azərbaycandakı birbaşa xarici investisiyalarının ümumi həcmi, ölkəyə daxil olan bütün xarici investisiyaların 1,7%-ni təşkil edib.

Digər tərəfdən, Azərbaycan ötən il Fransaya 19,224 milyon ABŞ dolları investisiya qoyub. Bu, əvvəlki ilə nisbətən 2,43% azalma deməkdir. Fransa, Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcminin 1,1%-ni təşkil edir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana qoyulan ümumi birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 5,83% artım nümayiş etdirir. 2023-cü ildə isə Fransadan Azərbaycana birbaşa xarici investisiyalar 4,854 milyon dollar olub və ümumilikdə ölkəyə yatırılan investisiyaların həcmi 6,658 milyard dollar təşkil edib.