MÜSAHİBƏ

22 Mart

Meyvə-tərəvəz konservləri və meyvə şirəsi ehtiyatları artıb

Finss.az - 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 27 min 606,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 % artım deməkdir.

Eyni dövr ərzində Azərbaycanda 694,7 min dekalitr meyvə şirəsi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 % azalma göstərir.

Martın 1-nə olan məlumata görə, ölkədə 902,6 min dekalitr meyvə şirəsi və 20 min 124,2 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu, illik müqayisədə müvafiq olaraq 8,5 % və 0,7 % artım təşkil edir.

Bu göstəricilər, ölkənin meyvə-tərəvəz konservləri və meyvə şirəsi istehsalında artımın davam etdiyini və daxili istehsalın gücləndiyini nümayiş etdirir.