MÜSAHİBƏ

22 Mart

Kanadanın enerji şirkətləri hökumətə çağırış etdi

Finss.az - Kanadanın aparıcı neft-qaz və boru kəməri şirkətlərinin rəhbərləri ölkənin siyasi liderlərinə açıq məktub göndərərək, enerji sektorunda infrastruktur layihələrinin sürətləndirilməsini tələb ediblər.

Məktubda bildirilir ki, ABŞ ilə davam edən ticarət gərginliyi fonunda Kanada ixrac bazarlarını genişləndirmək üçün neft və qaz infrastrukturunun inkişafına təcili ehtiyac duyur. Şirkət rəhbərləri boru kəmərləri və LNG terminallarının tikintisinə ictimai dəstəyin artdığını qeyd edərək, hökuməti layihələrin təsdiqlənmə müddətlərini azaltmağa və sektora investisiyaları artırmağa çağırıblar.

"Gecikmələr milyardlarla dollar itkiyə səbəb olur"

TC Energy-nin rəhbəri Fransua Puarienin sözlərinə görə, vacib infrastruktur layihələrinin ləng təsdiqlənməsi ölkənin iqtisadi potensialına ciddi zərər vurur. O bildirib ki, Kanada dünya bazarında neft və qaz istehsalında iri oyunçularla rəqabət apara biləcək gücə malik olsa da, tənzimləyici çətinliklər bu potensialı məhdudlaşdırır.

Şirkətlər hökumətdən tənzimləmə prosesinin sadələşdirilməsini, layihələrin təsdiqlənmə müddətinin 6 aya endirilməsini və bəzi emissiya məhdudiyyətlərinin ləğv edilməsini tələb edirlər.

Məktuba TC Energy, Strathcona Resources Ltd., Canadian Natural Resources, Suncor, Imperial Oil, Cenovus, Enbridge, Whitecap Resources, MEG Energy, Arc Resources, Veren, Pembina Pipelines, Tourmaline və South Bow Corporation kimi aparıcı enerji şirkətləri imza atıblar.

Bu çağırışın ölkənin enerji siyasətinə necə təsir edəcəyi yaxın aylarda bəlli olacaq.