Finss.az - Sığorta bazarında rəqəmsal xidmətlərini daha da genişləndirən PAŞA Sığorta şirkəti bu dəfə sağlamlıq sığortalı müştəriləri üçün həkimə qeydiyyat prosesini daha rahat etdi.
Bir çox funksionallıqları özündə birləşdirən “Pasha Insurance” mobil tətbiqində müştərilər onlayn həkimə qeydiyyat prosesində artıq daha tez geridönüş əldə edəcək, qarşılaşdıqları sağlamlıq problemi qeyd edə biləcək, həmçinin qəbuluna düşmək istədiyi həkimin adını da seçəcək. Bununla birlikdə mobil tətbiq daxilində yeni yaradılan “Müraciətlərim” bölməsi ilə həkimə müraciətlərinə dair sorğunun statusu və əlavə məlumatlarının izlənməsi mümkün olacaq.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Zemfira Ms
Finss.az