Finss.az - Çərşənbə axşamı Avropanın aparıcı fond indeksləri ticarət sessiyasını artımla başa vurub.
Avropanın ən iri şirkətlərini birləşdirən Stoxx Europe 600 indeksi 0,61% yüksələrək 554,3 bəndə çatıb. Regional indekslərdə də müsbət dinamika müşahidə olunub:
-
FTSE 100 (Böyük Britaniya) +0,29%
-
DAX (Almaniya) +0,98%
-
CAC 40 (Fransa) +0,5%
-
FTSE MIB (İtaliya) +1,31%
-
IBEX 35 (İspaniya) +1,58%
Almaniya Bundestaqı dövlət borcuna qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı qanun layihəsini dəstəkləyib. 500 milyard avro dəyərində fond yaradılacaq və bu vəsait 12 il ərzində infrastruktur layihələrinə yönəldiləcək. Müdafiə və təhlükəsizlik xərcləri də yeni məhdudiyyətlərdən azad ediləcək. Layihənin cümə günü Bundesrat tərəfindən təsdiqlənməsi gözlənilir.
İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) və İngiltərə Bankının faiz dərəcələri ilə bağlı qərarlarını gözləyir. Analitiklər FED-in faiz dərəcəsini 4,25-4,5% səviyyəsində saxlayacağını, İngiltərə Bankının isə borclanma faizlərini 4,5% səviyyəsində qoruyacağını proqnozlaşdırırlar.
Çərşənbə axşamı Avropa birjalarında ən çox dəyər qazanan şirkətlər:
-
Computacenter Plc (Böyük Britaniya, IT infrastrukturu) +11%
-
Ocado Group (Böyük Britaniya, onlayn pərakəndə ticarət) +8,3%
-
Softcat (Böyük Britaniya, proqram təminatı) +8,1%
-
Rheinmetall (Almaniya, müdafiə sənayesi) +5,7%
-
Iveco Group (İtaliya, yük avtomobilləri) +5,2%
Maliyyə və bank sektorunda da artım qeydə alınıb. CaixaBank, Deutsche Bank, Banco Santander, Standard Chartered kimi maliyyə qurumlarının səhmləri 3-5% aralığında bahalaşıb.
Bəzi şirkətlərin bazar dəyərində azalma müşahidə olunub:
-
Rubis SCA (Fransa, neft emalı) -7,4%
-
Bollore SE (Fransa, logistika) -5,4%
-
Redcare Pharmacy (Niderland, əczaçılıq) -5%
-
QinetiQ (Böyük Britaniya, müdafiə sənayesi) -5%
-
EMS-Chemie Holding AG (İsveçrə, kimya sənayesi) -4,1%
Mütəxəssislər yaxın günlərdə bazarların mərkəzi bankların faiz qərarlarına və geosiyasi proseslərə həssas reaksiya verəcəyini bildirirlər.