Finss.az - PAŞA Sığorta torpaq çərşənbəsi münasibətilə "Endirim fürsəti canlanır!" adlı kampaniya elan edir. Yalnız 18 mart 2025-ci il tarixində davam edəcək kampaniyaya əsasən, Tam KASKO əldə etmək istəyən şəxslər sığorta haqqına 30% endirim əldə edəcək.
Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya //cutt.ly/Kri9tGjz keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/ ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Zemfira Ms
Finss.az