MÜSAHİBƏ

18 Mart

Azərbaycanda turizm xidmətləri 37.9% artıb

Finss.az - 2024-cü ildə Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 37.9% artaraq 3.6 milyard ABŞ dollarına çatıb.

Hesabat dövründə, turizm xidmətləri üzrə ixracın 2 milyard ABŞ dolları, idxalın isə 1.6 milyard ABŞ dolları olduğu bildirilib. Bu nəticə ilə 450.3 milyon ABŞ dolları həcmində profisit yaranıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu dövr ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 25.9% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin həcmi 1.6 milyard ABŞ dolları olub. Bu məbləğin 79.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə əlaqədar olub, məkik idxal üçün vəsaitlər nəzərə alınmadan.