Finss.az - Ötən il Azərbaycanın cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb.
Bu göstərici ÜDM-in 6,3 faizini təşkil edir.
Bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov ötən ilin yekunları üzrə tədiyyə balansının açıqlanmasına dair brifinqdə məlumat verib.
Onun sözlərinə görə, təkrar gəlirlər balansında profisit 632 milyon dollar olub.
"Xidmətlər balansının kəsiri ötən ilə nisbətən 12 faiz azalıb. Nəqliyyat xidmətlərinin profisiti 1,3 milyard dollar, turizm xidmətlərinin profisiti isə 451 milyon dollar təşkil edib", – deyə departament direktoru bildirib.