MÜSAHİBƏ

18 Mart

VTB (Azərbaycan) Vaqif Mustafazadənin yubiley konsertinə dəstək olub

Finss.az - Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar artist Vaqif Mustafazadənin 85-ci ildönümünə həsr olunmuş konsert keçirilib. Bank VTB (Azərbaycan) tədbirin sponsoru olub.

Konsertdə tanınmış caz musiqiçiləri, milli və əməkdar artistlər, beynəlxalq müsabiqələrin laureatları çıxış ediblər. İştirakçılar arasında Vaqif Mustafazadənin qızı, caz ifaçısı və Azərbaycanın xalq artisti Əzizə Mustafazadə oğlu Ramiz Xanla birlikdə, eləcə də digər qonaqlar iştirak ediblər.

“Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş konsertin keçirilməsi Azərbaycanın mədəni irsinin qorunub saxlanması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu, təkcə böyük bəstəkarın xatirəsinə hörmət deyil, həm də cəmiyyətimizi birləşdirən dəyərlərin dəstəklənməsi istiqamətində mühüm addımdır”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.

VTB (Azərbaycan) ənənəvi olaraq ölkəmizdə mədəniyyət istiqamətində layihələri dəstəkləyir. 2024-cü ildə bank Beynəlxalq Caz Gününün tərəfdaşı olub. 2024 və 2025-ci illərdə VTB (Azərbaycan) Vladimir Vısotskinin doğum gününə həsr olunmuş ədəbi-musiqili gecənin təşkilinə də öz dəstəyini əsirgəməyib.

Zemfira Ms
Finss.az