MÜSAHİBƏ

17 Mart

Bakıda mənzillərin qiyməti sürətlə qalxır

Finss.az - 2023-cü ilin oktyabr ayından etibarən çıxarışı olmayan torpaq sahələri üzərində kommunikasiya xətlərinin çəkilməsi qadağan edilib.

Bu dəyişiklik nəticəsində çıxarışı olan torpaqlara tələbat artıb, qiymətlər isə yüksəlməkdədir. Çıxarışı olmayan torpaqların qiymətində stabillik müşahidə olunsa da, çıxarışı olan torpaqların qiymətində artım qeyd edilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin məhdudluğu və qiymət artımı səbəbi ilə tikinti şirkətləri köhnə, qəzalı binaları sökərək yeni binalar inşa etməyə üstünlük verirlər. Bu, tikinti xərclərini artırır, çünki köç və kirayə xərcləri şirkətlər üçün əlavə yük yaradır.

Hazırda Bakının mərkəzi rayonlarında (Nərimanov, Nəsimi, Yasamal) yeni tikilən binalarda bir kvadratmetr qiyməti 3-4 min manat arasında dəyişir, bu da ikiotaqlı 100 kvadratmetrlik mənzillərin qiymətinin 300-400 min manat arasında olduğunu göstərir.