MÜSAHİBƏ

18 Mart

Bu il işğaldan azad olunmuş ərazilər üçün 4 milyard manatın ayrılması planlaşdırılır

Ötən ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 10,2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlə təmin edilib və daimi yaşayışa başlayıb.

Finss.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı məlumat verib.

Baş nazir bildirib ki, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 329 milyon manat vəsait ayrılıb.

2021-2024-cü illərdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat vəsait ayrılıb. 2024-cü ildə bu məqsədlə 5 milyard 347 milyon manat sərf olunub, 2025-ci ildə isə 4 milyard manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.