Azərbaycanın kimya sənayesində 2025-ci ilin yanvar ayında 143,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,9% artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sənaye məhsullarının istehsalı müxtəlif istiqamətlər üzrə fərqli dinamika nümayiş etdirib:
- Təsirsiz qazlar – istehsal 4% artaraq 3 618,4 min kubmetrə çatıb. Lakin azot istehsalı 5,1% azalaraq 1 858,7 min kubmetr təşkil edib.
- Lak-boya məmulatları – 44,8% artımla 2 380,1 tona yüksəlib.
- Qeyri-üzvi kimyəvi maddələr – 11,5% azalaraq 2 000 tona enib.
- Üzvi kimyəvi maddələr – 6,2% azalma ilə 80 min ton olub.
- Etilen – 19,1% artaraq 15,6 min tona çatıb.
- Propen (propilen) – 26,6% artımla 13,8 min ton təşkil edib.
- Metanol (metil spirti) – 21,6% azalaraq 38,4 min tona düşüb.
Kimya sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 113 789,52 tona çatıb. Dəyər baxımından isə ixrac 60% artımla 22,077 milyon dollardan 35,54 milyon dollara yüksəlib.
İxrac strukturunda əsas paya azot gübrəsi sahib olub. Bu məhsulun ixrac həcmi 15,4% artaraq 73 514,4 tona yüksəlib. Dəyər ifadəsində isə azot gübrəsinin ixracı ikiqat artaraq 21,05 milyon dollara çatıb.
Fuad Mədətov
Finss.az