MÜSAHİBƏ

12 Mart

Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi ucuzlaşıb

Azərbaycan manatının qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildə 9% möhkəmləndikdən sonra 2025-ci ilin ilk iki ayında 1,5% ucuzlaşıb.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, 2025-ci ilin fevralında qlobal əmtəə qiymətləri indeksinin illik artımı 8,5% təşkil edib. Eyni zamanda, Azərbaycanın ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% olub.

AMB bildirir ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunur. Lakin qeyri-neft-qaz sektorunda manatın ucuzlaşması və inflyasiya göstəricilərinin yüksəlməsi idxal olunan məhsulların qiymətinə təsir edə bilər.

Fuad Mədətov
Finss.az