MÜSAHİBƏ

13 Mart

Azərbaycanda pambıq ipliyi ixracı 16,9 faiz artıb

Finss.az - Bu ilin yanvar ayında ölkədən 1,3 milyon ABŞ dolları dəyərində 525 tondan çox pambıq ipliyi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində 16,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,04 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,54 faizə bərabər olub.

Zemfira Ms
Finss.az