Finss.az - Türkiyədə istehlak qiymətləri üzrə illik inflyasiya fevral ayında 39,05%-ə düşüb.
Hesabatda inflyasiyanın keçən ilin may ayında 75%-ə yaxın zirvəyə çatmasından sonra aşağı düşmə tendensiyasını təsdiqləyib.
Türkiyənin dövlət xəstəxanalarında xəstə müalicəsi üçün tətbiq edilən əlavə ödənişin azaldılması qərarı analitiklərin fevral ayı üçün inflyasiya proqnozlarını aşağı salmasına səbəb olub. Bu tədbir qiymət artımını müəyyən dərəcədə cilovlamağa kömək edib.
Fevral ayında aylıq inflyasiya 2,27% olaraq qeydə alınıb, bu da əvvəlki proqnozlardan aşağıdır. Yanvar ayında aylıq inflyasiya 5,03% və illik inflyasiya isə 42,12% təşkil etmişdi.
Ərzaq və alkoqolsuz içkilər sektorunda illik inflyasiya ümumi göstəricidən aşağı olub və 35,11%-ə çatıb. Təhsil sektoru isə qiymət artımında lider olub, burada qiymətlər 94,9% artıb, mənzil qiymətləri isə 70,81% yüksəlib.
Daxili istehsalçı qiymətlərinin indeksi fevral ayında aylıq 2,12% artıb, bu isə illik 25,21%-lik artıma uyğun gəlir.