Finss.az - VTB (Azərbaycan) martın 3-dən etibarən 36 ayadək kreditlər üzrə Novruz bayramı ərəfəsində “Komissiyasız nağd kredit” kampaniyasına start verir. Məhsulu həm SİMA yeni nəsil rəqəmsal imza, həm də bankın filiallarından əldə etmək olar.
“Nağd kredit əhali arasında ən populyar məhsullarımızdan biridir. 2024-cü ilin sonuna bankımızın nağd pul kreditləri üzrə kredit portfelinin həcmi 100 milyon manata çatıb, bu da 2023-cü illə müqayisədə 33% çoxdur. Novruz bayramı ərəfəsində ənənəvi olaraq kreditlərə tələbat artır. Buna görə də biz müştərilərin öz maliyyə ehtiyaclarını daha rahat həll edə bilmələri üçün vəsaitlərin alınması prosesini daha da sadələşdirdik”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Bank VTB (Azərbaycan)-ın müştəriləri illik 10,49%-dan başlayan faiz dərəcəsi ilə 300 manatdan 50 min manatadək istehlak kreditləri üçün müraciət edə bilərlər.
Zemfira Ms
Finss.az