Finss.az - Müştəri təcrübəsinin təkmilləşdirilməsini daim hədəfləyən “PAŞA Bank” maliyyə əlçatanlığının artırılması istiqamətində yeni addımlar atmağa davam edir. Belə ki, Bank Novruz bayramı münasibətilə keçirdiyi bayram kampaniyası çərçivəsində kiçik və orta biznes sahiblərinə (KOS) daha sərfəli kredit imkanları təqdim edir.
20 mart 2025-ci il tarixinə qədər, Bank KOS müştərilərinə onlayn biznes kreditinin komissiyasında 25% endirim təklif edir. Bu endirimlə, müştərilər kampaniya dövrü ərzində yalnız 0.75% komissiya ilə kredit əldə edə bilərlər. Qeyd edək ki, onlayn biznes kredit müraciətinə 15 dəqiqə ərzində cavab verilir və təsdiq olunduqda, vəsait 2 saat ərzində sahibkarın hesabına köçürülür.
29 mart 2025-ci il tarixinə qədər isə biznes sahibləri həmçinin faktorinq krediti üzrə limitə müraciət etdikdə ya 0% komissiya, ya da illik faiz dərəcəsində 0.5% endirim (10.5%-dən başlayaraq) qazanırlar.
Qeyd edilən bütün imkanlardan yararlanmaq üçün linkə keçid edin.
“PAŞA Bank”ın təqdim etdiyi bütün kredit məhsulları rəqəmsaldır və KOS müştəriləri, fiziki sənəd təqdim etmədən, Bankın filiallarına getmədən tamamilə onlayn şəkildə müraciət edə bilərlər. Bu rahat və sürətli proses sahibkarlara bizneslərini daha çevik və effektiv şəkildə idarə etməyə imkan verir.
Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “İnternational Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.

Zemfira Ms
Finss.az