Azərbaycan Mərkəzi Bankının 2025-ci il yanvar proqnozlarına əsasən, cari ildə iqtisadi artımın ümumi ÜDM üzrə 3,3 faiz, qeyri-neft ÜDM üzrə isə 5,2 faiz olacağı gözlənilir.
Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyri-neft sektoru üzrə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının və dövlət idarələrinin son istehlak xərcləri olacağı gözlənilir.
2025-ci ilin yanvarında iqtisadi artım proqnozu ötən ilin oktyabr proqnozu ilə müqayisədə 0,08 faiz bəndi artırılıb. 2025-ci ilə proqnozun cüzi dəyişimi qeyri-neft-qaz sektoru üzrə artım proqnozunun reviziyasından irəli gəlir. 2025-ci ilə neft-qaz sektoru üzrə artımın yanvar proqnozu ötən ilin oktyabr proqnozuna nəzərən sabit saxlanılıb. Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Qeyri-neft-qaz sektoru üzrə artımın yanvar proqnozu 2025-ci il üzrə 0,1 faiz bəndi yuxarı doğru dəyişərək 5,1 faizdən 5,2 faizə reviziya edilib.
Fuad Mədətov
Finss.az