Finss.az - Müştəri təcrübəsinin təkmilləşdirilməsini daim hədəfləyən “PAŞA Bank” maliyyə əlçatanlığının artırılması istiqamətində yeni təşəbbüslərini davam etdirir.
Belə ki, Bank tərəfindən elan edilmiş “Hədiyyələr bayramdan öncə gəlir!” kampaniyası çərçivəsində sahibkarlar üçün yeni xüsusi fürsətlər təqdim olunur. 25 may 2025-ci il tarixlərinədək “PAŞA Bank”dan “mPOS” mobil POS-terminalını sifariş edən müştərilər korporativ Visa biznes kartı qazanacaqlar. Visa biznes kartı ilə müştərilər bir çox yerli və beynəlxalq şirkətlərdə endirim və pulsuz xidmətlərdən yararlana bilərlər.
“mPOS” məhsulu “Android” əməliyyat sistemli smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan “mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.
Fürsətdən yararlanmaq üçün linkə keçid edin.
Xatırladaq ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “İnternational Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.
*Müştəriyə maksimum 1 ədəd biznes kart hədiyyə verilir.

Zemfira Ms
Finss.az