Finss.az - Bayram ərəfəsində özəl kampaniyaları ilə sevindirməyə davam edən PAŞA Sığorta şirkəti bu dəfə korporativ sağlamlıq sığortasından faydalanmaq istəyən sahibkarları sevindirəcək.
Kampaniyaya əsasən, əməkdaşları üçün sağlamlıq sığortası əldə edən sahibkarlar sığorta haqqına 10 % endirim əldə edəcək.
Qeyd edək ki, korporativ sağlamlıq sığortası şirkət əməkdaşlarının sağlamlığı üzrə bir çox tibbi təminat xərini qarşılayaraq iş mühitində loyallıq və korporativ imici möhkəmləndirir.
Kampaniya şərtləri barədə ətraflı məlumat üçün cutt.ly/NreN2sFE linkinə keçid edə bilərsiniz.
Korporativ sağlamlıq sığortasına müraciət üçün cutt.ly/4reNV2w5 linkinə keçid edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Zemfira Ms
Finss.az