Finss.az - Zamiq İntiqam oğlu Mədətov “Rabitəbank” ASC-də yeni baş direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, O, 1984-cü ildə Lerik rayonunda anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2005-2007-ci illərdə isə “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirmişdir.
Bank karyerasına 2005-ci ildən etibarən kredit mütəxəssisi kimi başlamışdır. 11 noyabr 2021-ci ildən etibarən Rabitəbankda ilk olaraq Mikrokreditlər Departamentinin Direktoru olaraq fəaliyyətə başlamış, 1 iyun 2023-cü il tarixindən isə Mikrokreditlər üzrə İcraçı Direktor vəzifəsində çalışmışdır.
14 fevral 2025-ci ildə Zamiq Mədətov Baş Direktor vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.

Zemfira Ms
Finss.az