Finss.az - "Abşeron" yatağının ikinci inkişaf mərhələsi üçün Front End Engineering Design (FEED) mərhələsi başlayıb.
Bu barədə TotalEnergies-in Bakı ofisindən məlumat verib. Şirkət, bu mərhələnin məqsədinin ilin sonuna qədər yekun investisiya qərarının (FID) qəbuluna hazırlıq olduğunu bildirib.
Qeyd edək ki, "Abşeron" yatağının ilk inkişaf mərhələsi 2023-cü ilin iyul ayında fəaliyyətə başlayıb və bu mərhələdə illik 1,5 milyard kubmetr qaz və gündəlik 12 000 barel kondensat hasil olunur. Bu qazma əməliyyatları sabit və təhlükəsiz şəkildə davam etdirilir.
"Abşeron" yatağı Xəzər dənizinin sahilində, Bakıdan 100 km cənub-şərqdə və "Şahdəniz"dən 25 km şimal-şərqdə yerləşir. Yataqdan qaz və kondensat hasilatı JOCAP əməliyyat şirkəti tərəfindən bir dərin dəniz quyusundan erkən hasilat layihəsi əsasında həyata keçirilir.
Partnyorlarla razılaşmaya əsasən, SOCAR bu qazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə göndərilir.