MÜSAHİBƏ

19 Fevral

Ölkə sığorta sektorunda ESİ risklərinin qiymətləndirilməsi

Finss.az sığorta şirkətləri ESİ risklərini orta səviyyədə qiymətləndirib.

Bu sahədə aparılan sorğunun nəticələrinə əsasən, sığorta şirkətlərinin yalnız 19%-i iqlim dəyişmələri və ESİ risklərinin Azərbaycan maliyyə bazarlarında yüksək əhəmiyyət kəsb etdiyini qeyd edib. Lakin, 60%-dən çox şirkət bu riskləri orta səviyyədə əhəmiyyətli hesab edib. Bu göstəricilər sığorta sektorunun risklərə qarşı daha ehtiyatlı və ehtimal ki, nisbətən daha az təcili tədbirlər alması ilə bağlı göstəricidir.

Risklərin təsirinə gəldikdə isə, qısamüddətli dövrdə (1 il) sığorta sektorunun 54%-i bu riskləri aşağı səviyyəli təsirə malik hesab edib. Lakin, 46%-i orta səviyyəli təsir gözləyib. Bu, sığorta şirkətlərinin yaxın gələcəkdə risklərin sığorta portfellərinə yüngül təsir edəcəyini düşündüklərini göstərir. Uzunmüddətli dövrdə (3 ildən artıq) isə risklərin daha ciddi olduğu bildirilmişdir. Şirkətlərin 46%-i bu təsirləri yüksək səviyyəli qiymətləndirib, bu da gələcəkdə iqlim dəyişikliyinin və digər ESİ risklərinin sığorta sektorunda daha ciddi nəticələrə səbəb ola biləcəyini göstərir.

Sığorta sektorunda ESİ risklərinin idarə olunması hələ ilkin mərhələdədir. Risk iştahası limitlərinin müəyyən edilməsi, bu risklərin biznes qərarvermə proseslərinə və stres-testlərə inteqrasiyası məsələləri üzərində işlər gedir. Lakin, yalnız 1 şirkət ESİ risklərinin idarə edilməsi üzrə təlimat, monitorinq şablonu və əsas dayanıqlılıq hədəfləri hazırladığını qeyd edib. 2 şirkət isə risklərə məruz qalan sektorları müəyyən edib. Bu göstəricilər, sığorta sektorunun ESİ risklərinin idarə edilməsi sahəsində inkişaf etmək üçün hələ çox potensiala sahib olduğunu göstərir.

Ümumilikdə, sığorta sektoru hələ də ESİ riskləri ilə bağlı strukturlaşdırılmış yanaşmaların tətbiqi sahəsində inkişaf etməyə davam edir. Bu, sektorda gələcəkdə daha geniş və effektiv strategiyaların inkişaf etdirilməsi və tətbiq edilməsi üçün potensialın mövcud olduğunu göstərir. İqlim dəyişiklikləri və sosial məsuliyyətlə bağlı risklər getdikcə daha çox aktual olacaq, buna görə də sığorta sektoru bu riskləri daha ciddi şəkildə nəzərə almalı və müvafiq tədbirlər almalıdır.