Ölkə iqtisadiyyatının prioritet istiqaməti kimi istehsal sektorunda müəyyən hədəflər icra olunmaqdadır. Bunun əsas göstəricisi kimi bu gün Azərbaycanda istehsal və ixrac sektorunda fəaliyyət göstərən şirkətlər üçün avadanlıq alınmasına, eləcə də işin ümumi olaraq böyüdülməsinə dəstək kifayət qədər çoxdur. Özəl sektor da bu addımlara qarşılıq olaraq müəyyən canlanma müşahidə edilir. Lakin bütün proses bununla bitə bilmir və kifayət qədər maliyyə olmadıqda iş davamlı, eləcə də artım tempi ilə gedə bilmir. İstehsal və ixrac şirkətləri tam potensiallarında işləmək üçün daha çox maliyyəyə ehtiyacları yaranır ki, bunun uyğun şərtlərlə alınması əlavə üstünlük gətirmiş olur. İnvestisiya şirkətləri istehsal sənayesinə bu vəsaiti kapital bazar vasitəsilə - istiqraz emissiyası vasitəsilə verə bilir.
Azərbaycanın kapital bazarının güclü drayverlərindən olan AzFinance investisiya şirkəti istehsal və ixrac sektorunda fəaliyyət göstərən şirkətlərə dövriyyə kapitallarının 2-4 dəfə artıracaq təkliflər verməkdədir. AzFinance istehsal sənayesinin daha yaxşı çalışması və böyüməsi üçün ən yaxşı şərtlərlə maliyyələşmə təklifi edir. Şirkətimizin təklifi istehsal sənayesinə bir sıra üstünlüklər və əlavə imkanlar formlaşdırır.
- İstiqraz emissiyası ilə maliyyələşmə şirkətin investorlar arasında tanınmasına və etibar qazanmasına şərait yaradır ki, növbəti illərdə səhmlərin satışı ilə daha çox maliyyə cəlbi üçün böyük üstünlük qazanılır.
- İstiqraz emissiyası vasitəsilə şirkət girovsuz və daha aşağı faizlə borclanaraq növbəti 3 ilin fəaliyəti üçün zəruri maliyyəni cəlb edir və vəsait dövriyyə kapitalı kimi çalışıb şirkətin böyüməsinə səbəb olur.
Şirkətlər girovsuz maliyyə cəlb edə bilərlər
İstiqraz emissiya proseduru asan və daha doğru maliyyələşmə olduğundan ilin ilk 6 ayında audit olunmuş şirkətlərin ilin ikinci yarısında kütləvi olaraq kapital bazar vasitəsilə borclanmaq üçün investisiya şirkətlərinə müraciət edə bilərlər. Borclanan şirkətlər özünün müəyyən etdiyi faizi rüblük ödəyir və istiqrazın silinmə müddətinin sonunda əsas məbləöi investorlara ödəyir və ya restrukturizasiya edir. İstiqraz emissiya edib borclanmaq istəyən şirkətlərdən girov tələb edilmir. İstehsal sektorunda fəaliyyət göstərən şirkətlər emissiya etmək istədikdə AzFinance onlara tam dəstək göstərir. İlk olaraq maliyyə auditi edilir və çatışmazlıqlar düzəldilir. Daha sonra isə istiqraz emissiyasını həyata keçirdərək istiqrazların 100%-ni almaq üçün təklif göndəririk. İnvestorlarda bu istiqrazlara maraq artırıb təkrar bazarda sataraq vəsaiti digər şirkətlərin istiqrazlarına və yeni layihələrə yatırırıq.
İnvestorlar niyə istiqrazlara yatırım edirlər?
Kütləvi təklif edilmiş istiqraz və səhmlər üzrə gəlirlərin 10% vergidən azad olması investorları istiqrazlara yönləndirir. Bugün "vəsaitimi əmanətə, yoxsa istiqraza yönəldim?" sualına investorlar asanlıqla istiqraz cavabı əldə edirlər.
- Yerləşdirilən əmanətlər üzrə növbəti il faiz aldıqda ödənişlər 10% vergiyə cəlb ediləcək, lakin istiqrazlar da bu xərc yoxdur.
- İstiqrazların gəlirliliyi bank depozitindən daha çoxdur.
- Vəsait təkrar bazar vasitəsilə istiqrazın satılması ilə istənilən vaxt kuponlarla birlikdə geri çəkə bilirsiniz.
Müəllif: İntiqam Səfərəliyev
"AzFinance" investisiya şirkətinin direktoru