"General Construction" şirkəti 10 ildən artıq peşəkar təcrübəyə malik olan işçi heyyətiylə tikinti bazarında öndə gedən şirkətlərdən biridir. "General Construction" Bakıda və Azərbaycanın bölgələrində fotosel qapıların, fırlanan qapıların, jalüz qaraj qapılarının, panel qaraj qapılarının, sənaye qapılarının, yüksək sürətli qapıların, darvaza mühərriklərinin, park bariyerlərinin (şlaqbaumların), lift və esakalatorların, aluminium profil sistemlərinin, təhlükəsizlik sistemlərinin, tent sistemlərinin, dəmir və alüminium darvazalarının satışını, quraşdırılmasını və texniki xidmətini həyata keçirir.
“General Construction” şirkətinin direktoru Əli İsmayılzadə Fins.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
Pandemiya sizin şirkətə necə təsir edib?
- Pandemiya bütün dünya bizneslərinə təsiri olduğu kimi bizim şirkətdən də yan keçmədi. Uzun illik etibarlı xidmətimizin və dövlətimizin sayəsində şirkətimiz inkşafdan qalmadı və qismən təsir etdi.
Onlayn xidmətindən yararlanırsınız?
- Bəli. Bizim şirkətimizin daha öncəki illərdə onlayn xidməti olduğu kimi yenə də muştərilər mobil təbiqetmə və saytımız vasitəsi ilə məhsuları sifariş verirlər.
Bu il dəbdə olan məhslunuz hansılar olub?
- Təbii ki xidmətimiz avtomatikaya aid olduğu uçun bu il daha çox avtomatik giriş sistemləri ən çox da fotosel qapılarımız, liftlərimiz və avtomatik tentlərimiz dəbdə oldu.
Məhsullarınızın qiymətləri hansı kriteriyaya görə müəyyən olunub? Orta qiymətlə məhsulunuz qiyməti nə qədərdir?
- Bizim məhsullarımız Avropa brendləri olduğu üçün minimum qiymətlərimiz 1200 manatdan başlayır.
Hissə ödəniş etmək mümkündür?
- Təəsüflər olsun ki, bizdə kredit şərtləri mövcud deyil.
Daha çox müştəriləriniz kimlər olur?
- Bizim müştərilərimiz daha çox idarələr, nazirliklər,İri ticarət mərkəzləri, mağazalar şəbəkəsi və tikinti şirkətləridir. Fərdi evlər qismən təşkil edir.
Cari il üçün planlarınız nədir?
- Başlıca planımız şirkəti genişləndirmək və Qarabağda ‘’General Construction’’ şirkətinin filialını açmaq.
İstehsalat haqqında da məlumat verərdiniz. Məhsul burada hazırlanır yoxsa xaricdən sifariş olunur (müxtəlif hissələri də ola bilər)?
- Bizim brendlər Orona elevator-İspaniya, Has elevator-Türkiyə, Fuji elevator - Yaponiya, Came -İtaliya, Label -İtaliya, Breda - İtaliya, Cuppon - Türkiyə, DormaKaba - Almaniya, Label - Türkiyə,Doorhan - Almaniya- Türkiyə. Bütün məhsullar xaricdən gəlir və heç bir detalı yerli istehsal deyil.
Bu sahənin inkişafı üçün təklifiniz var?
- Əlbəttə hər bir biznesin inkişafı mütləqdir, irəlidə böyük planlar və layihələrimiz olacaq. Bunlar haqqında daha sonra biləcəksiniz