COP29-un icraçı direktoru Elnur Soltanov və COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Dünya İqtisadi Forumunun (WEF) “İqlim Fəaliyyətinin Gücləndirilməsi üçün İanə” (GAEA) təşəbbüsünün nümayəndələri ilə görüşüblər. Görüşün məqsədi, iqlim fəaliyyətini dəstəkləmək üçün xeyriyyəçilik vasitəsilə daha çox investisiyanın necə cəlb edilə biləcəyi mövzusunda müzakirələr aparmaq olub.
Fins.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsində paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Dünya İqtisadi Forumunun GAEA təşəbbüsünün nümayəndələri ilə faydalı müzakirələr aparılıb və iqlim fəaliyyətinə daha çox investisiya cəlb etmək üçün xeyriyyəçilikdən necə istifadə oluna biləcəyi məsələləri müzakirə edilib.
Fuad Mədətov
Fins.az