MARKETİNQ

04 İyul

“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi

“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq Wi-Fi üzərindən zəng xidmətini - VoWiFi (Voice over Wi-Fi) texnologiyasını istifadəyə verib. Yeni xidmət ölkə xaricində olan abunəçilərə smartfonda Wi-Fi şəbəkəsi aktiv olduğu halda dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək.

 Bunun üçün ölkə xaricində olarkən rouminq və VoLTE / VoWiFi xidmətlərinin aktiv olması kifayətdir.

 VoWiFi xidmətinin üstünlükləri nələrdir?

  • VoWiFi xidməti ilə abunəçi xaricdə olarkən daxil olan rouminq zənglərini tamamilə pulsuz qəbul edə biləcək.
  • Şəbəkənin olmadığı yerlərdə belə, WiFi üzərindən mobil nömrə ilə yüksək keyfiyyətli zəng etmək mümkün olacaq.
  • Xaricdə olarkən VoWiFi xidməti ilə edilən zənglərə Azərbaycandakı tarif tətbiq edilir. Bu isə beynəlxalq zənglərdə əlavə xərclərə qənaət etməyə kömək edəcək.

Smartfonun VoWiFi texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat bakcell.com/vowifi səhifəsində yerləşdirilib.

Qeyd edək ki, VoWiFi texnologiyası “Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.