Apple aksesuarlar çeşidini əsaslı təmir etmək qərarına gəlib. Bu çərçivədə iPhone üçün hazırlanmış FineWoven ( Micro Woven ) aksesuarlarını rəfdə saxlamağa hazırlaşdıqları iddia edilib. MagSafe dəstəyinə baxmayaraq, bu məhsulların həm baha başa gəldiyi, həm də davamlı olmadığı bildirilib.
Fins.az xəbər verir ki, Apple Micro Woven adlı FineWoven ailəsini yenidən təşkil edir. Keçən il dəri örtüklü aksesuarların satışını dayandıran şirkət indi toxunmuş aksesuarları ləğv edəcək. Yeni sızmalara görə, Apple bu məhsulların zəif olduğunu düşünür.
FineWoven seriyası dəri aksesuarları əvəz etmək üçün hazırlanıb. 70%-ə qədər təkrar emal edilmiş polyesterdən hazırlanmış bu modellər həm dəbdəbəli, həm də davamlı olmaq üçün mikrotoxuculuqdan istifadə edib. Bununla belə, Apple-ın gözlədiyi performansı ala bilmədiyi düşünülür.
Apple-ın hər bir istifadəçini cəlb edən fərqli variantları olsa da, görünən odur ki, bu modellərin ehtiyatlarını yeniləməyəcək. Micro Woven aksesuarları iPhone 16 ailəsi ilə satışa çıxarılmayacaq.
Günel Məlikzadə
Fins.az