Realme-nin tezliklə istifadəçilərə təqdim etməyə hazırlaşdığı Realme GT Neo 6 SE modeli üçün geri sayım başladı. İndiyə qədər smartfonla bağlı yayılan məlumatlar onun yuxarı-orta seqmentə müraciət edəcəyini göstərir. Ən son hesabatlar təqdimatdan əvvəl modelin texniki xüsusiyyətlərini ortaya qoyur.
Fins.az xəbər verir ki, Realme GT Neo 6 SE modeli aprelin 11-də nümayiş etdiriləcək. Smartfonun təqdimat tarixi yaxınlaşdıqca rəsmi paylaşımlar sürətlə gəlməyə davam edir. Ən son paylaşımlar cihazın Qualcomm Snapdragon 7+ Gen 3 prosessoru ilə təchiz ediləcəyini göstərir.
Modelə daxil ediləcək prosessor 4 nm arxitektura ilə istehsal edilib. Və həmçinin; 1x 2.8 GHz ARM Cortex-X4, 4x 2.6 GHz ARM Cortex-A720 və 3x 1.9 GHz ARM Cortex-A520 nüvələrinə əlavə olaraq, Adreno 732 qrafik blokuna sahibdir.
Smartfonun 16 GB LPDDR5x RAM və 1 TB-a qədər UFS 4.0 yaddaşı olacaq. Bununla belə, burada müxtəlif variantların olması ehtimalını nəzərə almaq lazımdır. Qeyd edək ki, o, Android 14 əsaslı Realme UI 5 versiyası ilə işləyəcək.
Realme GT Neo 6 SE-nin bir qədər əyri kənarları olan 6,78 düymlük OLED displeylə gəlməsi gözlənilir. Bu panel 1,5K təsvir ölçüsü, 144 Hz yeniləmə sürəti və 6000 nit parlaqlıq təklif edəcək. Bundan əlavə, 16 meqapiksellik ön kamera və OIS dəstəyi ilə 50 meqapiksellik əsas kamera ilə idarə olunan üçlü kamera qurğusu ilə gələcək.
Günel Məlikzadə
Fins.az