Meta 2023-cü ilin dördüncü rübü üçün maliyyə hesabatını paylaşdı. Beləliklə, şirkət nə qədər pul qazandı?
Fins.az xəbər verir ki, Meta dünyanın ən böyük texnologiya şirkətlərindən biri kimi tanınır. Çünki şirkət; Instagram, Facebook , WhatsApp və Giphy kimi məşhur platformaların sahibidir. O, həmçinin süni intellekt, AR/VR və reklam sahələrində fəaliyyət göstərir. Nəhayət , Meta 2023-cü ilin dördüncü rübü üçün maliyyə hesabatını paylaşdı. Beləliklə, onun nə qədər pul qazandığı bəlli olub.
Meta- nın rəsmi internet saytında paylaşdığı maliyyə hesabatına baxdığımızda şirkətin 2024-cü ilin dördüncü rübündə 40,1 milyard dollar gəlir əldə etdiyini görürük. Buna uyğun olaraq illik bazda 25% artım olduğunu söyləyə bilərik. Bütün il ərzində əldə edilən gəlir 134,9 milyard dollar səviyyəsində olmuşdur.
Metanın dördüncü rübdə xərclərin 23,73 milyard dollar olduğunu görürük. İllik bazda 8% azalma var. Bildirilir ki, bütün il ərzində xərclər 134,9 milyard dollar olub . Bu məqamda qeyd edək ki, şirkətin 31 dekabr 2023-cü il tarixinə 18,39 milyard dollar uzunmüddətli borcu var .
Günel Məlikzadə
Fins.az