MARKETİNQ

05 Aprel

Alphabet bu şirkəti almağı düşünür

Məsələ ilə tanış olan mənbələrə görə, Alphabet, bazar dəyəri 35 milyard dollar olan onlayn marketinq proqram təminatı şirkəti HubSpot üçün təklif vermək imkanı ilə bağlı məsləhətçiləri ilə görüşür.

Fins.az xəbər verir ki, əgər Alphabet təklif edərsə, bu satınalma, ABŞ Prezidenti Co Baydenin administrasiyası altında sənayenin artan tənzimləyici yoxlaması fonunda böyük bir texnoloji şirkətin meqadela cəhd etməsinin nadir nümunəsi olacaq. Digər tərəfdən, potensial alışın Alphabetin indiyə qədərki ən böyük alışı olacağı iddia edilir.

Mənbələr, Alphabet-in HubSpot üçün Morgan Stanley ilə yaxınlarda görüşdüyünü də bildirdi.

Alphabet və Morgan Stanley məsələ ilə bağlı şərh verməsə də, HubSpot sözçüsü, "HubSpot şayiələrə və ya spekulyasiyalara şərh vermir. Biz diqqətimizi böyük biznes qurmağa və müştərilərimizə xidmət etməyə yönəltməyə davam edirik".

Günel Məlikzadə
Fins.az