MARKETİNQ

05 Aprel

Apple yüzlərlə işçisini işdən çıxarıb

Son illərdə texnologiya şirkətlərinin fərqli sahələrə girməyə çalışdıqlarını görürük. Məsələn, Android cəbhəsində Xiaomi avtomobil bazarına addım atdı. Digər tərəfdən texnologiya dünyasının gündəmində qalan Apple boş qalmadı və bu sektora girməyə çalışdı. Lakin şirkət gözlənilən uğura nail ola bilmədi. Son hadisələr Apple-ın bu uğursuzluq nəticəsində yüzlərlə işçisini işdən çıxardığını ortaya qoydu.

Fins.az xəbər verir ki, keçən həftələrdə ortaya atılan iddialarda Apple-ın Project Titan adlı elektrikli avtomobillər və ağıllı saatlar üçün yeni nəsil ekran texnologiyasını rafa atdığı deyilirdi. Bu inkişaflardan sonra şirkətin son saatlarda bu layihələrdə çalışan 600-dən çox əməkdaşını işdən çıxardığı iddia edildi.

Apple 600-dən çox əməkdaşını işdən çıxarıb. Mənbənin sözlərinə görə, bu rəqəm daha çox ola bilər. Layihənin ləğvindən sonra bir çox işçinin, xüsusən də dəqiq sayı bilinməyən Project Titan -da iştirak edənlərin Apple -ın süni intellekt şöbəsinə köçürüldüyünə dair iddialar var. Məlum olduğu kimi, texnologiya nəhəngi son zamanlar süni intellekt sahəsinə ciddi sərmayələr qoyur.

Günel Məlikzadə
Fins.az