vivo orta diapazonda qiymət/performans sərhədlərini itələməyə hazırlaşır. Bir müddət əvvəl təqdim edilən vivo V30-un ardından daha ucuz SE modelinin yolda olduğu görüldü. Nəhayət, cihazın texniki göstəriciləri ilə bağlı məlumatlar yayıldı.
Fins.az xəbər verir ki, vivo V30 SE Google Play Console siyahısında göründü. Bu məlumat smartfonun xüsusiyyətlərini və dizayn detallarını ortaya qoydu. Siyahıya görə, V30 SE; üç arxa kameranın yerləşdiyi düzbucaqlı kamera modulu ilə gələcək.
Qeyd olunub ki, vivo V30 SE 8 GB RAM və Qualcomm Snapdragon 4 Gen 2 çipsetlə təchiz ediləcək. Bu kontekstdə, o, Adreno 615 GPU ilə birlikdə 2,2 GHz-də iki Cortex-A78 nüvəsindən və 1,95 GHz-də altı Cortex-A55 nüvəsindən ibarət bir quruluşa daxildir.
Android 14 ilə qutudan çıxacaq cihaz 1080 × 2400 piksel təsvir ölçülü və 440 PPI piksel sıxlığına malik LCD panelə sahib olacaq.
Yayılan məlumatlar həmçinin onun Y200e 5G-nin rebrendinq edilmiş versiyası ola biləcəyini göstərir. Y200e 50 Meqapiksellik əsas kamera və 2 Meqapiksellik bokeh obyektivlə təchiz edilmişdir; O, həmçinin ikili SİM, 5G, Wi-Fi 802.11ac, Bluetooth 5.0 dəstəyi təklif edib.
6/128GB və 8/128GB olaraq iki versiyada satışa təqdim edilən Vivo Y200e-ni ən sərfəli qiymətə 241 dollara almaq olar. 8 GB RAM versiyası 252 dollar qiymət etiketi ilə rəflərdə olacaq.
Günel Məlikzadə
Fins.az