MARKETİNQ

01 Aprel

Sənayedə süni intellekt

Dünya məhsuldar süni intellektə fokuslanıb.

Fins.az xəbər verir ki, futurist yazıçı Bernard Marrın fikrincə, süni intellektin potensialını görməməzlikdən gəlmək və sakit oturmaq pis olduğu kimi, düşünmədən onun üstünə tullanmaq daha da pisdir.

Bir çox müəssisələr süni intellekti köhnəlmiş biznes modelinə tətbiq etməyə çalışırlar. Süni intellekt inqilabı xüsusilə sənayedə ayaq səslərini eşitdirməyə başladı. Hələ də Sənaye 4.0-a uyğunlaşmağa çalışan ölkələr olsa da, Sənaye 5.0 həyatımıza daxil olur.

Ənənəvi avtomatlaşdırma prosesləri və süni intellekt tətbiqləri hələ də bir-birinə qarışsa da, Z nəsli, kredit kanallarının genişlənməsi və mədəni transformasiya dəyişikliyi sürətləndirəcək.

Maliyyəyə çıxışdakı problemlər də sənayeçilərin süni intellektə investisiya etmək iştahını boğur. İnvestisiya etmək istəyən, lakin maliyyə çətinliyi olan sənayeçinin prioriteti həyatda qalmaqdır.

Günel Məlikzadə
Fins.az