MARKETİNQ

01 Aprel

"Pinterest və Google" arasında böyük razılaşma

Köhnə günlərini axtaran vizual paylaşma platforması son zamanlar etdiyi yeni razılaşmalarla gündəmdə olmağa davam edir. Reklam gəlirlərini artırmaq istəyən Pinterest, Google ilə reklam sahəsində uzunmüddətli müqavilə imzalayıb. Şirkətin ilin yekunu toplantısında edilən geniş açıqlamada bu müqavilənin hər iki tərəf üçün uğurlu əməkdaşlıq olacağına ümid edildiyi bildirilib. 

Fins.az xəbər verir ki, gəlir modelini ilk növbədə reklam üzərində quran şirkət, keçən il Amazon ilə uzunmüddətli reklam müqaviləsi ilə gündəmə gəlmişdi. Keçən il 981 milyon dollar gəlirlə 12% böyüyən Pinterest, bu yüksəlişə baxmayaraq gözləntilərin çox altında idi. Platformanın aylıq aktiv istifadəçilərinin sayı 11% artaraq 498 milyona çatıb.

Şirkətin gözləntilərin altında performans göstərməsi nəticəsində 28% azalan səhm dəyəri, CEO Bill Ready-nin Google ilə iş birliyini elan etməsindən sonra dəyər qazanmağa başladı. Demək olar ki, bu vəziyyət Pinterest və Google arasında əməkdaşlığın yarada biləcəyi böyük qazanc potensialını göstərir. Görünən odur ki, belə irimiqyaslı reklam müqavilələri qarşıdakı dövrdə də davam edəcək.

Bundan əlavə, şirkətin baş direktoru Ready son nəsil süni intellekt texnologiyalarından yararlanaraq platformaya yeni xüsusiyyətlər gətirəcəklərini bildirib. Bu xüsusiyyətlərdən birinin süni intellekt vasitəsilə istifadəçilərin vizual axtarış təcrübəsini zənginləşdirəcəyi və axtarışların artıq çox daha dəqiq nəticələr verəcəyi iddia edilir.

Günel Məlikzadə
Fins.az