MARKETİNQ

14 Mart

"TikTok" qadağan edilir?

ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə 352 "hə" səsinə qarşı 65 "xeyr" səsi ilə "Amerikalıların Xarici Düşmənlər Qanunu ilə Nəzarət Edilən Təcrübələrdən Qorunması" adlı qanun layihəsi qəbul edildi.

Fins.az xəbər verir ki, qanun layihəsi TikTok-un Çin ana şirkəti ByteDance-dan şirkəti satmağı tələb edir, əks halda TikTok müvafiq tətbiq bazarlarında 5 ay və ya tamamilə qadağan ediləcək.

Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən ByteDance şirkətinin TikTok vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.

Qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığının" məhdudlaşdırılması anlamına gələ biləcəyini iddia edirlər.

TikTok rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və ABŞ-dakı digər sosial media platformaları kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini iddia edir.

Qanun layihəsi Nümayəndələr Palatasında böyük səs çoxluğu ilə qəbul edildikdən sonra bütün gözlər layihənin göndərildiyi Senata çevrildi.

ABŞ prezidenti Joe Biden, milli təhlükəsizlik həssaslığına görə qanun layihəsini onun masasına çatacağı təqdirdə imzalayacağını açıqladı.

Günel Məlikzadə
Fins.az