MARKETİNQ

13 Mart

"TikTok" enişdədir

Son məlumatlara görə, TikTok aktiv istifadəçilərinin sayında ciddi azalma yaşamağa başlayıb. 2023-cü ilin son rübündə demək olar ki, heç bir artımı olmayan platformanın xüsusilə Amerikada sadiq istifadəçilərini belə itirməyə başladığı deyilir.

Fins.az xəbər verir ki, 2016-cı ildə istifadəyə verildiyi gündən sosial media dünyasında sürətlə yüksələn platforma daha əvvəl belə bir uğursuzluqla üzləşməmişdi. Şübhəsiz ki, bu enişin ən böyük səbəblərindən biri Amerika administrasiyasının TikTok-u Çin hökuməti ilə əməkdaşlıqda ittiham etməsi və bir sıra qadağalar tətbiq etməsi idi. Hətta ölkədə tətbiqin tamamilə aradan qaldırılması gündəmdədir. 

Enişin digər səbəbi TikTok-dan ən çox istifadə edən seqment olan gənclərin yavaş-yavaş böyüməyə başlaması və bu səbəbdən tətbiqə kifayət qədər vaxt ayıra bilməməsidir. Bu vəziyyət şirkət rəhbərliyini çox narahat etsə də, son zamanlar artım templərində hətta Facebook-dan da geri qalması bardağı taşıran son damla oldu. Şirkətdən hələlik mövzu ilə bağlı açıqlama verilməsə də, kifayət qədər radikal qərarların verilə biləcəyi bildirilir.

İstifadəçilərin sayı azalmağa davam edərsə, tətbiqin reklam gəlirləri nəzərəçarpacaq dərəcədə azalacaq. Bu vəziyyətin qarşısını almaq üçün şirkət rəhbərliyi tezliklə Instagram-a bənzər foto tətbiqini işə salmağa hazırlaşır. Artıq bu yeniliklərin istifadəçilər tərəfindən necə qarşılanacağı maraq doğurur. Digər tərəfdən, Amerikada böyük hüquqi mübarizə aparan şirkətin gələcəyinin hazırda kifayət qədər qeyri-müəyyən olduğunu söyləyə bilərik.

Günel Məlikzadə
Fins.az