MARKETİNQ

29 Fevral

Apple-ın baş direktorunun süni intellekt açıqlaması

ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinin CEO-su Tim Kuk məhsuldar süni intellektə əhəmiyyətli dərəcədə sərmayə qoyduqlarını və bu ilin sonunda bu sahədəki planları haqqında daha çox məlumat paylaşacaqlarını bildirib.

Fins.az ABŞ mətbuatında çıxan xəbərlərə istinadən bildirir ki, Kuk şirkətin illik səhmdarlar yığıncağında verdiyi açıqlamada məhsuldar süni intellekt üçün inanılmaz irəliləyiş potensialı gördüyünü bildirib.

Hazırda bu sahəyə əhəmiyyətli sərmayələr yatırdıqlarını qeyd edən Kuk, “Bu ilin sonunda gələcəyi yenidən təyin edə biləcəyinə inandığımız başqa bir texnologiya olan generativ süni intellekt sahəsində yeni çığır açacağımız yolları sizinlə paylaşmağı səbirsizliklə gözləyirəm" dedi.

Günel Məlikzadə
Fins.az