MARKETİNQ

23 Fevral

"Nvidia Google Gemma" üçün addım atıb

Son günlərin ən çox danışılan şirkətlərindən biri olan Nvidia bu dəfə yeni Gemma texnologiyası üçün Google-a verəcəyi dəstəklə gündəmə gəlib. Az həcmli süni intellekt dili modeli olaraq təyin olunan texnologiya rəqiblərinə nisbətən çox daha az emal gücü tələb edəcək və eyni zamanda qabaqcıl performans təqdim edəcək.

Fins.az xəbər verir ki, Google Gemma-da istifadə olunacaq yeni nəsil alqoritmləri Nvidia-nın yüksək səviyyəli qrafik kartları ilə optimallaşdırmağa qərar verib. Nəhəng şirkətlərin bu əməkdaşlığının hər iki tərəf üçün çox sərfəli olacağı iddia edilir. 

Nvidia-nın Gemma texnologiyasının performansını əhəmiyyətli dərəcədə artıracağı deyilsə də, bunun qarşılığında şirkətin Google-dan böyük məbləğdə qonorar alacağı bildirilir. Ancaq son zamanlar davamlı stok problemi yaşayan şirkətin yüksək işçilik tələb edən bu qrafik kartlarını vaxtında çatdıra bilməyəcəyi maraq mövzusuna çevrilib.

Bundan əlavə, Gemma-nın infrastrukturunda Nvidia qrafik kartlarının fiziki mövcudluğunun istifadəçilərin şəxsi məxfiliyinin və təhlükəsizliyinin daha şəffaf şəkildə izlənilməsi mənasına gəldiyi bildirilir. Amma Google-un həqiqətən də istifadəçiləri maraqlandırdığı üçün, yoxsa başqa səbəblərdən bu qərara gəldiyini yaxın zamanda görəcəyik.

Günel Məlikzadə
Fins.az