MARKETİNQ

22 Fevral

Nvidia-nın gəlirləri proqnozları üstələyib

Dünyanın aparıcı çip istehsalçılarından biri olan Nvidia, 2023-cü ilin son rübü üçün balans hesabatını açıqladı. Şirkətin gəlirləri bu dövrdə illik bazda 265 faiz artaraq 22,1 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, analitiklərin gözləntiləri 20,41 milyard dollar olub.

Keçən ilin eyni dövründə 6,05 milyard dollar gəlir əldə edən Nvidia, son rüb üçün 24 milyard dollarlıq gəlir təxminini paylaşdı.

Bu dövrdə hər səhmə düşən xalis mənfəət 5,16 dollara yüksəlib.

Məlumat mərkəzi gəlirləri əvvəlki ilə nisbətən 409 faiz artıb.

Nvidia CEP Jensen Huang, məhsuldar süni intellektdə kritik bir mərhələnin əldə edildiyini ifadə edərək, "Dünyada şirkətlərin, sektorların və ölkələrin tələbi artır" dedi. 

Bu yaxınlarda süni intellekt çiplərinə güclü tələbatla Nvidia-nın bazar dəyəri 1,83 trilyon dollara çatdı və Amazon və Alphabet-dən sonra ABŞ-ın üçüncü ən dəyərli şirkəti oldu.

Günel Məlikzadə
Fins.az