MARKETİNQ

16 Fevral

Apple-ın süni intellekt həmləsi

Süni intellekt yarışına qatılmaq istəyən Apple, birbaşa Microsoft ilə rəqabət aparacaq proqram alətini tamamlamaq üzrədir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  proqram tərtibatçıları üçün əlçatan olacaq və süni intellekt dəstəyini ehtiva edən alətlə daha sürətli kod istehsal edə biləcəklər.

Bu ilin sonunda üçüncü tərəf proqram tərtibatçılarına təklif ediləcəyi gözlənilən alətin Microsoft-un GitHub Copilot platformasına birbaşa rəqib olacağı gözlənilir.

Xəbərdən sonra cümə axşamı 1,5 faiz ucuzlaşan Apple səhmləri bir qədər müsbətə dönüb və günü bağladı. Microsoft isə 1 faizdən çox itirib.

Bloomberg-ə danışan mənbələrə görə, Apple-ın növbəti iPhone və iPad proqram yeniləməsində bir sıra süni intellekt xüsusiyyətləri də yer alacaq.

Günel Məlikzadə
Fins.az