MARKETİNQ

14 Fevral

Xiaomi 14 Ultra qlobal üçün geri sayım! QİYMƏTİ

Keçən il təqdim edilən Xiaomi 14 seriyasına kritik bir əlavə olacağı gözlənilən Xiaomi 14 Ultra üçün geri sayım başladı. Bu günə qədər edilən rəsmi açıqlamalar sayəsində cihazın necə işləyəcəyi ilə bağlı çoxlu sual yaranır. Son paylaşılan məlumat məhsulun saxlama və RAM seçimlərini ortaya qoyur. 

Fins.az xəbər verir ki, Xiaomi 14 Ultra fevralın 22-də Çində təqdim olunacaq. Şirkətə yaxın mənbələrdən alınan məlumata görə bir neçə ay sonra qlobal miqyasda satışa çıxması gözlənilən smartfon 12/16 GB RAM və 256/512 GB və 1 TB variantları ilə satışa çıxarılacaq.

Mövzu ilə bağlı daha ətraflı məlumat verən mənbə hətta iddia edir ki, 16 GB RAM + 1 TB yaddaşa malik ən yaxşı variant dəri, şüşə və titan kimi premium hissi artıran seçimlərlə gələcək. Bununla belə, 16 GB RAM + 1 TB versiyasının 7299 Yuan (~$1,015) , titan variantının isə 7,779 Yuan (~$1,085) qiymətinə əldə ediləcəyi gözlənilir.

Smartfonda Qualcomm Snapdragon 8 Gen 3 istifadə olunacaq. Qualcomm yeni prosessoru üçün TSMC ilə əməkdaşlığı davam etdirir. 4 nm texnologiyası ilə istehsal olunan prosessor 1 3,3 GHz ARM Cortex-X4, 3 3,2 GHz ARM Cortex-A720, 2 3,0 GHz ARM Cortex-A720 və 2 2,3 GHz ARM Cortex-A520 nüvələrinə malikdir. Eyni zamanda, şirkət yeni çipində Ray Tracing dəstəyi ilə Adreno 750 qrafik blokunu ehtiva edir.

Xiaomi 14 Ultra-da bir  nöqtəli ultrasəs barmaq izi sensoru olacaq. İstehsalçının bir müddətdir üzərində çalışdığı bu xüsusiyyətin indiki flaqman modellərdə istifadə edilən optik barmaq izi oxuyucusundan daha həssas, daha sürətli və daha təhlükəsiz olduğu bildirilir.

Günel Məlikzadə
Fins.az