MARKETİNQ

13 Fevral

Ən sürətli 10 telefon - SİYAHI

Smartfonları müəyyən standartlara uyğun sınaqdan keçirərək sıralayan  AnTuTu yanvar ayının ən sürətli Android flaqmanlarının siyahısını paylaşıb. Qlobal bazarlara aid olan siyahının başında bəzi flaqman modellərin gözlənilən performansı göstərə bilməməsi diqqət çəkirdi. Hal-hazırda o, qlobal mobil bazarında ən güclü oyunçudur. 

Fins.az xəbər verir ki, həmişə olduğu kimi, Qualcomm yanvar ayı üçün AnTuTu-nun ən sürətli  Android telefonları siyahısında öz izini qoydu. Rəqibləri MediaTek və Samsung (yalnız markanın öz telefonları istifadə olunur) üzərində böyük üstünlüyə malik olan istehsalçı siyahıdakı 10 modeldən 7-də meydana çıxıb. Buna görə, Qualcomm Snapdragon 8 Gen 3 ilə gələn Nubia Red Magic 9 Pro, az fərqlə ən sürətli Android flaqmanı oldu. Ümumilikdə 2 milyon 96 min 559 bal toplayan smartfonu 2 milyon 45 min 64 xalla iQOO 12 izlədi.

Üçüncü yerdə 2 milyon 24 min 711 xalla Nubia Z60 Ultra, dördüncü yerdə isə 1 milyon 974 min 891 xalla Vivo X100 Pro qərarlaşıb. Siyahıda beşinci yerdə 1 milyon 542 min 570 xalla Galaxy S24 Ultra gəlir.

Yanvar ayında ən sürətli 10 qlobal Android telefonu :

  1. Nubia Red Magic 9 Pro – 2,096,559 xal
  2. iQOO 12 – 2.045.064 bal
  3. Nubia Z60 Ultra – 2,024,711 xal
  4. Vivo X100 Pro – 1 974 891 xal
  5. Galaxy S24 Ultra – 1,542,570 xal
  6. Galaxy S24+ – 1,721,185 xal
  7. Galaxy S24 – 1,624,255
  8. Xiaomi 13 – 1,541,517 xal
  9. Galaxy S23 Ultra – 1,496,078 xal
  10. Galaxy S23+ – 1,492,625 xal

Günel Məlikzadə
Fins.az