MARKETİNQ

02 Fevral

Apple-ın xalis mənfəəti 33,9 milyard dollara çatıb

Apple, 2024-cü maliyyə ilinin birinci rübü hesab etdiyi 30 dekabr 2023-cü ildə bitən üç aylıq dövr üçün balans hesabatını açıqladı.

Fins.az xəbər verir ki, şirkətin gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 119,6 milyard dollara çatıb. Şirkətin ötən ilin eyni dövründə 117,1 milyard dollar gəliri var idi.

Şirkətin gəliri 118 milyard dollarlıq bazar gözləntilərini üstələyib və bu, bir ildə ilk artımını qeyd edib.

Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışlar 13% azalıb. Apple-ın xidmət gəlirləri 23,1 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Apple-ın xalis mənfəəti ötən ilin son üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 33,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründə təxminən 30 milyard dollar olaraq qeydə alınıb.

Şirkətin səhm üzrə mənfəəti də sözügedən dövrdə 1,88 dollardan 2,18 dollara yüksəlib.

Günel Məlikzadə
Fins.az