MARKETİNQ

05 Dekabr

Telefonica 5 min işçisini işdən çıxarmaq qərarına gəlib

İspaniyanın çoxmillətli telekommunikasiya şirkəti Telefonica-nın 2026-cı ilə qədər 5 min 124 işçisini ixtisar edəcəyi bildirilir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İspaniyada zərər verməyə başlayan şirkətlərə işçiləri qanuni olaraq ixtisar etmək imkanı verən “ERE” adlı qanunvericilikdən istifadə edən Telefonica şirkəti də bu mövzuda həmkarlar ittifaqları ilə danışıqlara başlayıb.

Telefonica ilə ilk görüşlərini keçirən həmkarlar ittifaqları tərəfindən mətbuata verilən açıqlamada, şirkət daxilində olan və təxminən 16 min işçisi olan Telefonica Moviles, Telefonica Soluciones və Telefonica Espana-dan 5 min 124 nəfərin planlaşdırıldığı bildirilib. İşçilər 2026-cı ilə qədər işdən çıxarılacaq.

Bildirilib ki, ERE şirkətdə 15 ildən artıq işləyən və 1968-ci ildən əvvəl doğulmuş şəxsləri əhatə edəcək.

Digər tərəfdən, İspaniya İşəgötürən Təşkilatları Konfederasiyasının prezidenti Antonio Qaramendi, Telefonica-da kütləvi ixtisar qərarı ilə bağlı dedi: "Bu cür şeylər şirkətlərin gələcəyi görüb irəliləməsi üçün baş verir" qiymətləndirməsini etdi.

Avropanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Telefonica 2011-ci ildə ERE-ni elan edərək 6 minə yaxın işçisini işdən çıxardı.

Günel Məlikzadə
​Fins.az