Spotify-ın CEO-su Daniel Ek, şirkətin internet saytında yayımlanan bir yazıda işçilərinin təxminən 17 faizi ilə yollarını ayıracaqlarını açıqladı.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada ixtisar olunacaq işçilərə 5 aylıq işdən çıxma pulu veriləcəyi bildirilib.
Şirkətin əldə etdiyi gəliri necə istifadə edəcəyi ilə bağlı daha strateji addımlar atacağını ifadə edən Ek, Spotify-ın daha sadə bir quruluşa diqqət yetirəcəyini söylədi.
Spotify-ın 31 dekabr 2022-ci il tarixinə 8359 işçisi var idi.
Günel Məlikzadə
Fins.az