Avropanın ən böyük istehlakçı təşkilatı Facebook və Instagram-ın sahibi Meta-nın reklamsız ödənişli abunə xidmətinə görə şikayət edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avropanın müxtəlif ölkələrindən olan 45 istehlak birliyinin çətir təşkilatı olan Brüsseldə yerləşən Avropa İstehlakçı Birliyi (BEUC) üzvlərindən 19-nun Meta-nın ədalətsiz ödəniş və ya razılıq modelinə qarşı rəsmi şikayət etdiyini açıqladı.
Açıqlamada xatırladılıb ki, Meta Aİ-dəki xidmətlərində Facebook və Instagram istifadəçilərinin məlumatlarının reklam məqsədi ilə şirkət tərəfindən emal edilməsinə icazə verməsini və ya reklamsız xidmət üçün ödəniş etməsini tələb edən dəyişikliklər həyata keçirib.
Açıqlamada bu vəziyyətin istifadəçilər üçün ədalətsiz seçim mənasına gəldiyinə diqqət çəkilərək, Metanın Aİ istehlakçı qanununa zidd hərəkət etdiyi və ödəniş tətbiqinin dayandırılması lazım olduğu bildirilib.
BEUC və üzvlərinin Meta-nı müxtəlif yollarla ədalətsiz ticarət əməliyyatları həyata keçirdiyi səbəbiylə istehlakçıların müdafiəsi orqanları şəbəkəsinə bildirdiyi və Metanın Aİ məlumatların qorunması qanununu pozub-pozmadığının da araşdırıldığı ifadə edildi.
Meta Facebook və Instagram-a reklamsız girişi təmin etmək üçün Avropadakı istifadəçilərə aylıq abunə seçimləri təklif etməyə başladı.
Şirkət elan etmişdi ki, istifadəçilər abunə olarsa, onların məlumatlarından reklam üçün istifadə edilməyəcək və abunə haqqı internet üzərindən ayda 9,99 avro və ya iOS və Android mobil əməliyyat sistemləri vasitəsilə ayda 12,99 avro olacaq.
Günel Məlikzadə
Fins.az