Son zamanlar qatlanan ekranlı texnoloji cihazların sayı xeyli artıb. Xüsusilə smartfon tərəfində çıxan qatlanan ekran modellərinin sayı artıb. Bilirik ki, Apple-ın qatlana bilən smartfonları yoxdur.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Apple qatlana bilən ekranlı MacBook istehsal edəcək.
Apple-ın 2026-cı ildə buraxılması planlaşdırılan qatlana bilən MacBook-u noutbuklarda OLED panelləri daha da genişlədə bilər. Samsung Display və LG Display kimi Koreyalı displey istehsalçıları son vaxtlar noutbuklar üçün OLED panellərə böyük sərmayə qoyurlar. Apple-ın qatlanan ekranlı MacBook üçün sifarişi bu sahədə daha da böyümək potensialına malikdir.
Zəminə Hüseyn
Fins.az