Google öz infrastrukturundan və texnologiyasından istifadə edərək, bütün dünyada baş verən zəlzələləri aşkar edən və istifadəçilərə xəbərdarlıq göndərən pulsuz sistem hazırlayıb.
Fins.az "CNN"ə istinadən xəbər verir ki, Google Android Zəlzələ Xəbərdarlıq Sistemi sayəsində vətəndaşlar zəlzələdən saniyələr əvvəl xəbərdar edilərək onların daha təhlükəsiz yerə hərəkət etməsinə şərait yaradılır.
Sözügedən proqram yalnız Android cihazları üçün əlçatandır. iOS üçün Google Zəlzələ Xəbərdarlığı sistemi aktiv deyil.
Android Zəlzələ Xəbərdarlığı Sistemi 3 milyarddan çox Android smartfonunun əksəriyyətində sarsıntıları aşkar etmək və təsirlənmiş ərazidəki Android istifadəçilərinə xəbərdarlıq göndərmək üçün akselerometrlərdən istifadə edir.
Android Zəlzələ Xəbərdarlığı Sistemini necə quraşdırmaq olar?
Android zəlzələ xəbərdarlığı sistemindən yararlanmaq üçün Wi-Fi və ya data bağlantısı aktiv olmalıdır.
Telefonunuzun Parametrlər hissəsini açın. Olduğunuz məkan (yer) > zəlzələ xəbərdarlıq bölməsini açın.
Xəbərdarlığı sarsıntı başlamazdan əvvəl, zamanı və ya sonra əldə edə bilərsiniz.
Zəminə Hüseyn
Fins.az