“Bundan sonra siz səhv etdiyiniz zaman və ya fikrinizi dəyişdiyiniz zaman göndərdiyiniz mesajları redaktə edə bilərsiniz”, - deyə "WhatsApp" bildirib.
Fins.az "HaberTürk"ə istinadən xəbər verir ki, "WhatsApp", göndərilən səhv mesajları redaktə etmək imkanı təqdim etməyə başlayır.
Göndərilən yanlış mesajların silinməsi və yenidən göndərilməsi funksiyasından sonra indi “redaktə et” seçimi əlavə edilib..
Bu funksiya hazırda qlobal miqyasda istifadəçilərə təqdim edilir və yaxın həftələrdə hər kəs üçün əlçatan olacaq.